azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub

18-03-2025

Qazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub


2025-ci ilin əvvəlindən Qazaxıstanın yaşayış sektorunda 1138 yanğın baş verib, 313 nəfər xilas edilib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Erlan Turegeldiyev bildirib.

Onun sözlərinə görə, onlardan 6-sı uşaq olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları istilik mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31