azturkxeber.az
http://azturkxeber.az

Şəkidə polisin növbəti narkotik əməliyyatı –26 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarıldı

18-03-2025

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 51 yaşlı Habil Quluyev saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin və 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələri sifariş əsasında deyiləcək ünvana çatdırmalı imiş. 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Quluyev barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31