azturkxeber.az
http://azturkxeber.az

Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri artıb

18-03-2025

Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri artıb


Ötən il ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80,7 faiz təşkil edib.

2024-cü il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 milyard 201,8 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (5 milyard 687,6 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (-6 milyard 889,4 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 32,1 faiz azalaraq 1,4 milyard dollar olub. Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 742,4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 226,5 milyon dollar azalıb.

Qeyd edək ki, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 968,9 milyon dollar kəsir yaranıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31