azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” QSC Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib

18-03-2025

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə bir qrup aztəminatlı ailəyə bayram sovqatları paylayıb. Sosial aksiya Göygöl rayonunun Tülallar və Zurnabad  kəndləri üzrə aztəminatlı ailələri əhatə edib. 

Novruz bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını ucqar kəndlərdə yaşayan ailələrə təqdim ediblər. Onlara Novruz bayramı münasibətilə Cəmiyyət adından təbriklər çatdırılıb. 

Qeyd edək ki, "AzerGold" QSC-nin hasilat fəaliyyəti apardığı mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə mütəmadi olaraq təşkil edilən bu tip sosial yardım aksiyaları dövlət proqramlarına dəstək xarakteri daşıyır. Məqsəd bölgədə yaşayan aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31