Ağsu rayonunda Novruz bayramı qeyd olunub
18 mart 2025-ci il tarixində Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Ağsu şəhər Heydər Əliyev Parkında xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramı qeyd olunub.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, ictimaiyyət nümayəndələri, rayonunun idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak ediblər.
İlk öncə mədəniyyət müəssisələri tərəfindən hazırlanmış müxtəlif formatda sərgilər nümayiş olunub. Aparıcı tədbiri açıq elan edərək, tədbir iştirakçılarına Novruz bayramının tarixi, adət və ənənələri haqqında ətraflı məlumat verib.
Daha sonra rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, qonaqlar tərəfindən yüksək əhvali-ruhiyyə ilə qarşılanıb.