azturkxeber.az
http://azturkxeber.az

Ağ ev venesuelalı immiqrantların qanunsuz olaraq deportasiya edildiyinə dair iddiaları rədd edib

18-03-2025

Ağ ev venesuelalı immiqrantların qanunsuz olaraq deportasiya edildiyinə dair iddiaları rədd edib


Ağ ev Tramp administrasiyasının 250 venesuelalı immiqrantın qanunsuz olaraq deportasiya etdiyinə dair iddiaları rədd edib. AZƏRTAC-ın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Ağ evin mətbuat katibi Kerolayn Livit deyib. O, bunu “terrorla mübarizə əməliyyatı” kimi xarakterizə edib.

“Administrasiya qanun çərçivəsində, prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində və Xarici Düşmənlərə dair Aktı ilə ona verilən səlahiyyətlər çərçivəsində hərəkət edib. Biz bu işi məhkəmədə qazanacağımıza tam əminik”, - deyə Livit bildirib. O, həmçinin deyib ki, deportasiya edilənləri daşıyan təyyarələr federal məhkəmənin onları göndərməməklə bağlı qərarından əvvəl yola düşüb.

Qeyd edək ki, ABŞ məhkəməsi Tramp administrasiyasına Ağ evin yüzlərlə venesuelalını deportasiya etmək addımının məhkəmə qərarına zidd olub-olmadığını izah etməsi üçün məhkəmə prosesi keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31