azturkxeber.az
http://azturkxeber.az

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları 2028-ci ilin martınadək uzadıb

17-03-2025

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları 2028-ci ilin martınadək uzadıb


Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-dək uzadıb.

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin müvafiq göstərişinə əsaən, Rusiyaya qarşı sankaiyaların uzadılması ilə bağlı qərar bu gün qüvvəyə minib.

Yeni Zelandiya 2022-ci ilin mart ayından etibarən Rusiyaya qarşı 35 sanksiya tətbiq edib və yerli parlament belə prosedurların həyata keçirilməsini asanlaşdırmaq üçün xüsusi qanunu təsdiqləyib.

Vellinqtonun sanksiyalarından, o cümlədən ticarət və maliyyə qadağalarından 1,8 mindən çox rusiyalı, o cümlədən Prezident Vladimir Putin, hökumət üzvləri, Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Dumasının və Federasiya Şurasının deputatları, qubernatorlar, habelə iş adamları və sahibkarlar təsirlənib. Yeni Zelandiya, həmçinin Rusiyanın 400 təşkilatına, 20 maliyyə qurumuna, o cümlədən Rusiya Bankına, 37 media şirkətinə və jurnalistə və Mərkəzi Seçki Komissiyasının 15 üzvünə qarşı məhdudiyyətlər tətbiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31