azturkxeber.az
http://azturkxeber.az

İlaxır çərşənbədə hava necə olacaq?

17-03-2025

İlaxır çərşənbədə hava necə olacaq?


Azərbaycanda martın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 26-31°, dağlarda gecə 4-9°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31