azturkxeber.az
http://azturkxeber.az

Fransanın nüvə arsenalı böyüklüyünə görə Qərbi təəccübləndirməyib

17-03-2025

Fransanın nüvə arsenalı böyüklüyünə görə Qərbi təəccübləndirməyib


Fransanın nüvə arsenalı Avropanı müdafiə etmək üçün kifayət qədər böyük deyil və yalnız hipotetik münaqişə zamanı cavab zərbələri üçün bir vasitə ola bilər.

Bu barədə nüvə silahları üzrə ekspert Yannik Pins deyib.

Tədqiqatçının sözlərinə görə, Fransa yalnız strateji cavab tədbirləri ilə hədələməyə, yəni çəkindirici vasitə kimi düşmənə güclü zərbələr endirməyə qadirdir.

NATO qüvvələrinin Avropadakı komandanının sabiq müavini Mişel Yakovleff də Yannik Pinsin fikri ilə razılaşıb. O, Birləşmiş Ştatların nüvə potensialının Parisin imkanlarını xeyli üstələdiyini və bu səbəbdən Fransanın arsenalının asan hədəfə çevrilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqını qorumaq üçün ölkəsinin nüvə silahından istifadə edilməsi ilə bağlı müzakirələrə başlamaq niyyətində olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31