Astronavtların Beynəlxalq Kosmik Stansiyadan qayıdış vaxtı məlum olub
3 ABŞ astronavtı və bir rus kosmonavtın Beynəlxalq Kosmik Stansiyadan (BKS) qayıdışı martın 18-nə planlaşdırılıb.
Bu barədə ABŞ Aerokosmik Agentliyi NASA məlumat yayıb. Bildirilir ki, “SpaceX” şirkətinə məxsus kosmik gəmi artıq BKS ilə birləşib. Hava şəraiti uyğun olduqda gəmi sabah stansiyadan ayrılaraq Yerə qayıdacaq. 5 saatlıq uçuşdan sonra Florida ştatı sahillərinə eniş planlaşdırılır.
Qeyd edək ki, ABŞ astronavtları stansiyaya 2024-cü il iyunun 5-də 2 həftəlik missiya üçün gediblər. Lakin texniki problemlərə görə qayıdış dəfələrlə təxirə salınıb. ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə əvvəlki hakimiyyəti astronavtların taleyinə biganəlikdə ittiham edib.