azturkxeber.az
http://azturkxeber.az

ABAD məhsulları ABŞ bazarında

17-03-2025

 


Ailə Biznesinə Asan Dəstək - "ABAD"ın məhsulları  Amerika Birləşmiş Ştatları bazarına ixrac olunub və satışa start verilib.  

Sözügedən məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir.

Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir.

"ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 657 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 493-ü sənətkar, 142-si qida, 22-si isə digər sahələr üzrə fəaliyyət göstərib. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, qida və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31