azturkxeber.az
http://azturkxeber.az

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək

16-03-2025

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək


Martın 22-də Tokioda Yaponiya, Çin və Cənubi Koreya xarici işlər nazirlərinin görüşü olacaq.

İvaya Takeşi (Yaponiya), Van İ (Çin) və Ço Te Yol (Cənubi Koreya) iqtisadi əməkdaşlıq, xalqlar arasında təmas məsələləri ilə yanaşı, doğum səviyyəsinin azalması da daxil olmaqla hər 3 ölkəni narahat edən demoqrafik problemlərlə mübarizə məsələsini də müzakirə edəcəklər. Görüşdə il ərzində 3 ölkənin liderinin görüşünün təşkili məsələsi də gündəmdə olacaq. Bu, 2019-cu ildə Pekindəki toplantından sonra 3 ölkənin xarici işlər nazirinin ilk görüşü olacaq.

Diplomatik mənbənin məlumatına əsasən, nazirlərin üçtərəfli görüşü ilə yanaşı, Yaponiya və Çin xarici siyasət idarələri rəhbərlərinin görüşü, habelə iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli iqtisadi dialoqun təşkili üçün də hazırlıq görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31