azturkxeber.az
http://azturkxeber.az

Xalq artisti Ənvər Həsənov vəfat edib

16-03-2025

 

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Ənvər Həsənov 16 mart 2025-ci il tarixində, 75 yaşında vəfat edib. 

AzTurkxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Ənvər Cəfər oğlu Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. Məktəbli çağlarından kino sahəsinə maraq göstərib. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı aktyorluq kursuna daxil olub. Dördillik kursu bitirdikdən sonra 1969–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 
1965-ci ildən taleyini "Azərbaycanfilm” kinostudiyasına bağlayan Ənvər Həsənov burada lentə alınan “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.
Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib.
Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətkar 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Ənvər Həsənovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31