azturkxeber.az
http://azturkxeber.az

Suraxanı rayonunda iftar süfrəsi açılıb

16-03-2025

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açılan 500 nəfərlik iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti, idmançılar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqəddəs Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını çıxışında qeyd edən  Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib.

İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31