azturkxeber.az
http://azturkxeber.az

İtaliyada əlverişsiz hava şəraitinə görə 14 bələdiyyə ilə əlaqə kəsilib

16-03-2025


İtaliyanın Emilia-Romanya, Toskana və Liquriya regionlarında davam edən əlverişsiz hava şəraitinə görə ümumilikdə 14 bələdiyyə ilə əlaqə kəsilib.

Mülki müdafiə qüvvələri tərəfindən 300-dək insan təxliyə edilib, 500-dək xilasetmə əməliyyatı yerinə yetirilib. Avtomagistrallar, körpülər və yeraltı keçidlər nəqliyyatın hərəkətinə bağlanıb. Bəzi bölgələrə 200 millimetrədək yağıntı düşüb, tufan və dolu yağışı olub.

Vaglia və Borqo San Lorenso-Marradi-Faenza, eləcə də Florensiya-Borqo San Lorenso dəmir yolu xətti ilə qatarların hərəkəti martın 16-17-də dayandırılıb.

Toskana regionunun rəhbəri Eugenio Giani fövqəladə vəziyyət elan olunması tələbi ilə çıxış edib. O, kəskin hava şəraitinin təsirinə məruz qalan icmalara sürətli müdaxilələrin vacibliyini vurğulayıb.

Bölgədə qırmızı xəbərdarlıq davam edir. Əlverişsiz hava şəraitinin qarşıdakı günlərdə davam edəcəyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31