azturkxeber.az
http://azturkxeber.az

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

15-03-2025

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır


Biz XII Qlobal Bakı Forumunda canlı təmaslar qurur, fikirlərimizi bölüşürük. Təbii ki, hər birimiz dünyaya fərqli gözlə baxırıq. Amma ümumi razılığa gəlib anlaya bilərik ki, xeyir və şər nədir, dünyada nəyə icazə verilir, nəyə qadağa qoyulur.

Bunu  müsahibəsində Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib.

XII Qlobal Bakı Forumunun unikal dialoq platforması olduğunu vurğulayan Vayra Vike-Freyberqa bildirib ki, dünyanın düzgün istiqamətdə inkişafı üçün bu müzakirələrin rolu əvəzolunmazdır.

“Biz hökumət və ya icra qurumu deyilik. Bizim ordumuz, nüvə silahlarımız, avtomatlarımız yoxdur. Bizim ideyalarımız və dialoqa açıqlığımız var, fikirlərimizi bölüşərək həll yolları tapmağa çalışırıq. Deyərdim ki, biz həkim kimi fəaliyyət göstəririk, dünya düzəni isə bizim “xəstəmizdir”. Onun diaqnozu, simptomları hansılardır? Müalicə etmək üçün haradan başlamalıyıq? Forumda iştirak edən hər bir insanın əhatə dairəsi, beynəlxalq əlaqələri var. Bu isə problemlərin həll yolunu tapmağı, onların konstruktiv yolla həllini sürətləndirir”, - deyə Vayra Vike-Freyberqa diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31