azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

15-03-2025

 

Martın 7-də “Naxçıvan Saray”da müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhid ailələri üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə müstəqillik və torpaqların ərazi bütövlüyü uğrunda canlarından keçmiş dost və qardaş ölkələrimizin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Qeyd edək ki, iftar süfrəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun  təşkilatçılığı ilə baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31