azturkxeber.az
http://azturkxeber.az

İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib

15-03-2025


Azərbaycan İdman Akademiyasında (ASA) İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, iclasa İşçi Qrupun həmsədri, ASA-nın Tədris üzrə prorektoru Ülkər Babayeva rəhbərlik edib.

İclasda Məşqçilik, Nəqliyyatda servis, Sosial iş, Turizm və otelçilik ixtisaslarının magistratura səviyyəsi üzrə müxtəlif ixtisaslaşmalarının təsdiq edilməsi əsas müzakirə obyekti olub. Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Turizm və Menecment, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetləri və digər ali təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti, əmək bazarından nümayəndələr müzakirələr əsasında siyahıya bir neçə ixtisaslaşmanın əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bir neçə ixtisaslaşmanın ləğv olunmasına qərar veriblər.

Sonda İdman və xidmət ixtisasları üzrə magistratura təhsil səviyyəsinin ixtisaslaşmalarının siyahısı səsvermə ilə təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31