azturkxeber.az
http://azturkxeber.az

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

15-03-2025

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib


Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında İdarə Heyətinin növbəti iclası keçirilib.

Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 2024-cü və cari ilin İttifaqın iş planı haqqında ətraflı məlumat verib.

Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunmuş müxtəlif tərkibli xor və orkestrlər üçün əsərlərin yazılması üzrə Milli Bəstəkarlıq, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar olaraq Musiqişünaslıq Müsabiqələri və Üzeyir bəylə bağlı silsilə tədbirlər haqqında İdarə Heyətinin üzvləri ilə müzakirələr aparılıb. Eyni zamanda İttifaqın növbəti tədbirləri ilə bağlı onlar da öz təklif və fikirlərini bölüşüblər.

İdarə Heyətinin iclasında gündəliyə daxil olan məsələlərdən biri də Bəstəkarlar İttifaqının katiblərinin seçilməsi idi. Bu məqsədlə Azərbaycan Bəstəkarlar İttifaqına Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova katiblər seçildilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31