Basketbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib
Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.
B qrupunda “Gəncə” “Ordu”nu qəbul edib. Görüş ev sahibi komandanın 84:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun daha əvvəl reallaşan qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:84), “Şəki” isə “Sumqayıt”ı (104:96) hesabı ilə üstələyib.