azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib

15-03-2025


Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə Acarıstan Muxtar Respublikasının Xulo rayonunda Müqəddəs Ramazan bayramı ilə əlaqədar aztəminatlı ailələrə yardım edib.

Bu məqsədlə təşkil olunan tədbirdə Xulo rayon meriyasının və Bələdiyyə Şurasının rəhbərliyi, Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş konsul Fuad Əzizov Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini, dövlətimiz tərəfindən xaricdə yaşayan soydaşlarımıza da diqqət və qayğı göstərildiyini bildirib.

Diplomat xeyriyyə mərasimini Azərbaycan ilə Gürcüstan arasında yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib.

Xulo rayon rəhbərliyi Azərbaycan Dövləti tərəfindən göstərilən yardıma görə rayon camaatı adından minnətdarlığını bildirib.

Baş konsulluğun kollektivi 60 aztəminatlı ailəyə bayram sovqatı paylayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31