azturkxeber.az
http://azturkxeber.az

NDU-nun müəllimləri APTIS beynəlxalq səviyyəli ingilis dili imtahanında iştirak ediblər

14-03-2025

 

Naxçıvan Dövlət Universiteti müəllimləri üçün (NDU) artıq dörd aydır davam edən beynəlxalq layihə üzrə təlimlər yekunlaşıb. Layihə British Council, BP və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.  Təlimlərdə universitetin ingilis dili müəllimləri və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən müəllimlər iştirak ediblər.

Proqrama uyğun olaraq müəllimlərin ingilis dili nəzəri bilikləri və tədris bacarıqları təkmilləşdirilib. Bu əsasda onların yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilib. Britaniya Konsulluğunun dörd təlimçisi nəzərdə tutulan dərslər əsaslı onlayn təlimlər keçib. 120 saatlıq onlayn təlimlər öncə 39 müəllimin iştirakı  ilə başlanıb. Yekunda isə təlimləri uğurla tamamlayan 28 müəllim imtahanda iştirak hüququ qazanıb. 13-14 mart tarixlərində NDU-nun IELTS Mərkəzində  yekun APTIS imtahanı keçirilib. Layihədə iştirak edən müəllimlərin  ingilis dili biliyi qiymətləndirilib. 
Xatırladaq ki, 16 oktyabr 2024-cü il tarixində ilk olaraq təlimdə iştirak edəcək müəllimlər üçün APTIS diaqnostik testi keçirilib. APTIS ingilis dilinin qiymətləndirilməsi sahəsində ən son tədqiqatlara əsaslanan beynəlxalq səviyyəli ingilis dili təlimidir. NDU-da  Britaniya Konsulluğu təlimçiləri tərəfindən iştirakçılar üçün bir günlük üz-üzə vörkşop təşkil edilib və onlayn formatda başlanıb. Yekunda isə layihəni uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək.

Kifayət Mahmudova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31