azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2025-ci il 14 mart tarixli plenar iclasında çıxışı

14-03-2025

 

Hörmətli həmkarlar!
İcazənizlə, mən martın 10-da və 11-də Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə sizə qısa məlumat verim. 
Qeyd edim ki, rəsmi səfərin ilk günündə  Tbilisi şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdik. Abidənin önünə əklil qoyuldu, Ulu Öndərin xatirəsi ehtiramla yad edildi.
Rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirildi. 
Görüşlərdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparıldı, möhkəm tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə edildi. 
Qeyd olundu ki, Azərbaycanla Gürcüstanın iş birliyi böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır. Xalqlarımızın mənafeyinə xidmət edən bu layihələr Avrasiya məkanında mühüm amilə çevrilmişdir. 
Yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirildi. Vurğulandı ki, parlamentlərarası əlaqələr Azərbaycanla Gürcüstanın ikitərəfli və çoxtərəfli münasibətlərinin mühüm tərkib hissələrindən biridir. 
İki ölkənin parlament üzvlərinin  beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olundu.
Söhbətlər zamanı regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıldı. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu bildirildi. 
Hörmətli həmkarlar!
Rəsmi səfər çərçivəsində Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında memorandum imzaladılar. 
Hesab edirəm ki, hörmətli həmkarlar, Gürcüstana rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə öz minnətdarlığımı bildirirəm.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31