azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edib

14-03-2025

Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edib


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsi elan edib.

Kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədəki özəl sektorun dəstəklənməsi məqsədilə keçiriləcək müsabiqə bədii film, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri istiqamətlərini özündə əks etdirəcək. Bu müsabiqədə tələbə filmləri də prodüser mərkəzləri tərəfindən təqdim olunmalıdır.

Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Azərbaycan dilində təqdim etdiyi film layihələri iştirak edə bilər.

Müraciətlərin qəbulu https://arka.culture.az saytı vasitəsilə 15 aprel 2025-ci il tarixindən həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31