azturkxeber.az
http://azturkxeber.az

"Bakıya gələn ölkələrin əksəriyyəti köhnə nizam vaxtı da əziliblər,  Bakıda keçirilən yeni nizam axtarışında isə faktiki çətir axtarırlar"- ƏLİBƏYLİ ƏZİZ 

14-03-2025

 

Bakıya gələn ölkələrin əksəriyyəti köhnə nizam vaxtı da əziliblər,  Bakıda keçirilən yeni nizam axtarışında isə faktiki çətir axtarırlar. 

AzTurkxeber.az xəbər verir ki, bu sözləri  Media və kommunikasiya departamentinin müdiri Əlibəyli Əziz öz "Facebook " hesabında deyib.

Onun sözlərinə görə, bir çoxu konkret Azərbaycana təşəkkür edərək, xilas olmaq üçün Azərbaycana yalvarırlar. 
Azərbaycan nümayəndəsi çıxış edir;
Qeyri-adi, xəyali, arzulara söykənən qlobal gələcəkdənsə konkret faktlar verir. Hətta sabiq bir xarici işlər nazirinin çıxışındakı fakt məni çox pis tutu: o dedi ki; dünyanın ikinci ansambldakı ölkələri birlikdə hərəkət etməlidir. Ya da beynəlxalq təşkilatları qoruyub saxlamalıdır. Bir sözlə, orta gücü əsas güc hesab etməyə cəhd edirlər.
Lakin Azərbaycan nümayəndəsi davam edir;
-Azərbaycan regional gücdür.
- Karbohidrogen gücüdür.
- Enerji təhlükəsizliyi üçün ümid yeridir.
- Şərq və Qərb arasında keçiddir.
- Azərbaycan Türk Ölkələri Təşkilatını qurub, yeni nizamda söz sahibi olacaq.
- indi isə müasir dünya üçün modeldir.
- İqlim diplomatiyasının ilhamverici gücüdür.
Dünya yeni dünyanın qayğılarını Azərbaycanda axtarmağa gəlib ki, üç imperiya qonşuluğunda salamat yaşamağın sirrini öyrənsinlər.
Qalib olmaq belə şeydir- deyə Əlibəyli Əziz vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31