azturkxeber.az
http://azturkxeber.az

Xankəndidə təşkil olunan tikişçilik kursunu bitirən daha bir qrup şəxsə peşə sertifikatları verilib

13-03-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan tikişçilik üzrə hazırlığı kursunu bitirən daha bir qrup şəxsə peşə sertifikatları təqdim edilib.

Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzində keçirilən tədbirdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün təşkil olunan peşə hazırlığı kurslarının onların məşğulluq imkanlarının genişləndirilməsində xüsusi önəm kəsb etdiyi qeyd edilib.

Xankəndi şəhərində təşkil olunan kurslara ümumilikdə işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 500-dən çox müdavim cəlb edilib.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərindəki tikiş fabrikində işlə təminatı həyata keçirilir.

Agentlik qeyd olunan kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün gələn ay tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranların da işlə təminatına dəstək göstəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31