“Telegram”da vətəndaşları aldadaraq 22 min manatını ələ keçirən şəxs saxlanılıb.
DİN-dən verilən xəbərə görə, Sumqayıt şəhər sakini olan iki nəfər “Telegram” sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
X.Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANTI
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir