azturkxeber.az
http://azturkxeber.az

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

13-03-2025

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb


Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman verib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

"Milli Təhlükəsizlik Şurası Prezidentin sədrliyi ilə yaradılır. Onun məqsədi təhlükəsizlik və siyasi məsələləri koordinasiya və idarə etməkdir", - agentlik fərmandan sitat gətirib.

Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, şuranın iki məsləhətçi üzvü və Şəraa tərəfindən təyin edilmiş texniki ekspert olacaq.

“Milli təhlükəsizlik və dövlətin qarşısında duran çağırışlarla bağlı qərarlar Milli Təhlükəsizlik Şurası üzvləri ilə məsləhətləşmələr əsasında qəbul ediləcək”, - fərmanda qeyd edilir.

Görüşlər vaxtaşırı və ya prezidentin qərarı ilə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31