azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə mütəxəssisləri üçün farmakonəzarət sistemi ilə bağlı seminar keçirilib

13-03-2025


Martın 13-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə “Farmakonəzarət”, “Əlavə təsirlər. Səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Risk minimallaşdırma tədbirləri” mövzularında səhiyyə mütəxəssisləri üçün seminar-treninq keçirilib.

Seminar-treninqdə ümumilikdə 24 dövlət müalicə-profilaktika müəssisəsindən 29 nümayəndə iştirak edib.

Təlimdə Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov qeyd edib ki, farmakonəzarət dərmanların keyfiyyət və təhlükəsizliyi üzərində böyük rol oynayan məsələlərdən biridir. Burada risklərin qiymətləndirilməsi, araşdırmaların aparılması, əhəmiyyətli təsirə malikdir.

Həmin şöbənin müdir müavini Xalisə Ələkbərova təqdimatla çıxış edərək Analitik Ekspertiza Mərkəzinin yaranma tarixi, farmakonəzarətin məqsədləri, farmakonəzarətin tarixi, Azərbaycanda bu sahədə mövcud olan qanunvericilik, dərman vasitələrinin farmakonəzarət qaydaları, farmakonəzarət sistemi haqqında məlumat verib. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Monitorinq Proqramı, əlavə təsirlər, onların vacibliyi, əlavə təsirlərin təsnifatı barədə də məlumat verib, bildiriş kartları və onlayn bildirişlərin vacibliyindən də danışıb.

Ekspert Rəfiqə İbrahimova isə əlavə təsirlər və səbəb-nəticə əlaqələrinin qiymətləndirilməsi mövzusunda təqdimatla çıxış edib. O, əlavə təsirlər və dərman vasitəsi arasında səbəb-nəticə əlaqəsinin qiymətləndirilmə üsulları və risklərin müxtəlif minimallaşdırma tədbirləri barədə danışıb.

Seminarda iştirakçıların sualları cavablandırılıb və təcrübədən irəli gələn real nümunələrin təhlili aparılaraq müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31