azturkxeber.az
http://azturkxeber.az

“Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyinə  icraçı direktor təyin edilib

13-03-2025

    
“Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə ailə, qadın və uşaqlara sosial-psixoloji dəstək, qadın hüquqlarının və gender bərabərliyinin təşviqi üzrə təlimçi-ekspert kimi tanınan Nabat Mirzəyeva birliyin icraçı direktoru təyin edilib.
Birliyin fəaliyyətinin təkmilləşdirilməsi, fandreyzinq (maliyyə axtarışı) imkanlarının artırılması, ictimai əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsi, media və ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi, müxtəlif aktual mövzularda maarifləndirmə tədbirlərinin təşkili, sosial-psixoloji, pedaqoji, hüquqi və digər xidmətlərin göstərilməsi sahəsində zəruri addımların atılması icraçı direkora bir vəzifə olaraq tapşırılıb.
Əsas məqsədi qadınlar arasında mədəni, elmi, və işgüzar əlaqələrin möhkəmləndirilməsinə, onların ictimai həyatda rolunun artırılmasına kömək etməkdən ibarət olan birlik 27.01.2009-cu il tarixində təsis edilib və 23.04.2009-cu il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Uzun illərdir könüllü olaraq birliyin fəaliyyətinə dəyərli töhfələr verən Nabat Mirzəyevanı bu təyinat münasibətilə səmimi qəlbdən təbrik edir və ona gələcək işlərində yeni uğurlar arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31