azturkxeber.az
http://azturkxeber.az

Elm və Təhsil Nazirliyində yüksək elmi nailiyyətləri olan alimlərlə görüş keçirilib

13-03-2025


Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib.

Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb.

Sonda Emin Əmrullayev alimlərin suallarını cavablandıraraq onların təklif və fikirlərinin nəzərə alınacağını və elmin inkişafını dəstəkləmək üçün zəruri tədbirlər görüləcəyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31