azturkxeber.az
http://azturkxeber.az

Cəbrayılda əmək yarmarkası keçirilib

13-03-2025

Cəbrayılda əmək yarmarkası keçirilib


Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün əmək yarmarkalarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, növbəti əmək yarmarkası Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında təşkil edilib. Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarka SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə birgə təşkil olunub.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə vakansiyalar təqdim edilib.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31