azturkxeber.az
http://azturkxeber.az

Britaniyada iqlim fəalları İlon Maska etiraz olaraq “Tesla” robotunu hədəf alıblar

13-03-2025

Britaniyada iqlim fəalları İlon Maska etiraz olaraq “Tesla” robotunu hədəf alıblar


İqlim fəalları Londondakı “Tesla” mağazasında robota narıncı boya töküblər.

“Just Stop Oil” təşkilatının iki fəalı qərbi Londonda yerləşən mağazada nümayiş üçün qoyulmuş displeyə çıxaraq “Optimus” adlı insanabənzər robota narıncı boya töküblər.

Milyarder İ.Mask ABŞ Prezidenti Donald Trampa yaxın müttəfiq hesab olunur və onun “X” platforması (keçmiş “Twitter”) vasitəsilə Britaniya, Almaniya, İtaliya və Rumıniyada sağçı partiya və fiqurları dəstəklədiyi bildirilir. ABŞ-da isə o, hökumətin kiçildilməsi planına rəhbərlik edir. Son həftələrdə ABŞ və Avropanın bəzi “Tesla” mağazalarında İlon Maskın siyasi fəaliyyəti ilə bağlı həm dinc, həm də pozucu etiraz aksiyaları baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31