azturkxeber.az
http://azturkxeber.az

"Bir ağac - bir xatirə, bir ümiddir" - Soyqırımın qurbanlarının xatirəsinə ağacəkmə kampaniyası keçirilir

13-03-2025

"Bir ağac - bir xatirə, bir ümiddir" - Soyqırımın qurbanlarının xatirəsinə ağacəkmə kampaniyası keçirilir


1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 107-ci ildönümü ilə əlaqədar olaraq ağacəkmə kampaniyası keçirilir.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən layihəyə martın 13-dən start verilib. Ekoloji aksiyaya https://yasilgelecek.az/ saytı üzərindən qoşulmaq mümkündür.

"Bir ağac - bir xatirə, bir ümiddir" devizi ilə keçirilən aksiya həm soyqırımı qurbanlarının xatirəsini anmaq, həm də təbiətin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Bu xeyirxah təşəbbüsə qoşulmaq istəyən hər kəs yaşıllaşdırma tədbirində iştirak edə və bir fidan əkərək gələcək nəsillər üçün yaşıl irs qoymağa töhfə verə bilər.

Əkin sahəsi və əkilən ağacların növləri ərazinin coğrafi və iqlim xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir. Ağacların əkilməsi və onlara aqrotexniki qulluğun göstərilməsi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31