azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirə qələbə ilə başlayıb

13-03-2025

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirə qələbə ilə başlayıb


Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

Boks Federasiyasındanbildirilib ki, 60 kiloqramda mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən M.Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.

Əli Abdullayev (65 kiloqram) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Ə.Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31