azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib

13-03-2025

Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycanda səfərdə olan Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASCO-danbildirilib ki, Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistika sahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) əhəmiyyətindən və aktuallığından danışılıb. Bu dəhlizin inkişafı çərçivəsində Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Xəzərdə bərə daşımaları seqmentində yeni çağırışlara dair müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31