azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Latviya arasında basketbol üzrə təcrübə mübadiləsi müzakirə edilib

13-03-2025


Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayevlə ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis arasında görüş olub.

ABF-dənbildiriblər ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.

Raymonds Veyonis federasiyanın uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq, bu işləri yüksək qiymətləndirib.

Bundan əlavə, 3x3 basketbolun ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31