azturkxeber.az
http://azturkxeber.az

Argentinada nümayiş zamanı polislə toqquşma olub

13-03-2025

Argentinada nümayiş zamanı polislə toqquşma olub


Argentinanın paytaxtı Buenos-Ayresdə Konqres (parlament) binası qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmada azı 56 nəfər xəsarət alıb, 150 nəfər isə saxlanılıb.

Bu barədə Buenos-Ayres şəhərinin tibb xidməti məlumat yayıb. Məlumata görə, başından güllə yarası alan fotoqraf da daxil olmaqla, 11 nəfər xəstəxanalara yerləşdirilib.

Toqquşma nəticəsində, həmçinin altı polis əməkdaşının yaralandığı, onlardan birinin güllə yarası ilə xəstəxanaya aparıldığı bildirilir.

Qeyd edək ki, bir neçə min insanın iştirak etdiyi etiraz aksiyası bahalaşma fonunda həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə təqaüdçülərə dəstək üçün keçirilib. Sonradan mitinqə qoşulan futbol azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Etirazçılar isə buna cavab olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə daş və şüşə qablar atıblar. Onlar, həmçinin polis avtomobilini və bir neçə zibil qutusunu yandırıblar.

Qeyd edək ki, Argentinanın bir neçə futbol klubunun azarkeşləri polisin ötən həftə Konqres qarşısında toplaşan yaşlı insanlara qarşı güc tətbiqindən sonra təqaüdçülərə dəstək üçün nümayişlərə qoşulmaq qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31