azturkxeber.az
http://azturkxeber.az

Volodimir Zelenski: 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev uzunmüddətli sülh sənədlərini hazırlayacaq

12-03-2025

Volodimir Zelenski: 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev uzunmüddətli sülh sənədlərini hazırlayacaq


“Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs rejimi təkcə raket və dron hücumlarını deyil, həm də bütün cəbhə xətti boyunca döyüş əməliyyatlarını əhatə etməlidir”.

Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində söyləyib.

“Ukrayna bu təklifi qəbul edir, belə bir addımı atmağa hazırıq”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, ABŞ üçün əsas vəzifə Rusiyanı bu qərarı dəstəkləməyə inandırmaq olacaq.

“Biz razıyıq və əgər Rusiya razılaşarsa, o zaman atəşkəs başlayacaq”, - deyə Prezident bildirib.

Zelenski, həmçinin qeyd edib ki, Vaşinqton Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməyə hazırdır.

Prezident vurğulayıb ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev öz tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.

“Ukrayna sülhə hazırdır. Rusiya da müharibəni bitirməyə və ya müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Həqiqətin vaxtı çatıb”, - deyə Zelenski vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31