azturkxeber.az
http://azturkxeber.az

“Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiya çap olunub

12-03-2025

“Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiya çap olunub


AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiyası çapdan çıxıb.

İnstitutdan bildirilib ki, monoqrafiya Şumer və Azərbaycan ədəbiyyatının, ümumilikdə türk mədəniyyətinin müqayisəli şəkildə tədqiqi üçün yeni faktların üzə çıxarılması baxımından əhəmiyyət daşıyır. Bu cəhətdən aktual mövzuya həsr edilmiş monoqrafiya Şumer-Azərbaycan ədəbi əlaqələri haqqında təsəvvür yaradır, oxşar və fərqli xüsusiyyətləri izləməyə imkan verir.

Azərbaycan ədəbiyyatşünaslığında yeni istiqamətin uğurlu addımlarından olan bu əsər Şumer mədəniyyətinin bir çox aspektlərini özündə əks etdirən dəyərli və mühüm tədqiqat, şumerşünaslığa layiqli töhfədir.

Əsər giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə Şumer-akkad ədəbiyyatının yaranma tarixi və mərhələlərindən bəhs edilir. Bu ədəbiyyatın təsnifatı və janrları ikinci fəsildə təqdim edilir. Burada kosmoqonik və etioloji miflər, allahların və qəhrəmanların hünərləri haqqında dastanlar, himnləri, ağıları, ovsunları əhatə edən lirik mətnlər, eləcə də pedaqoji və didaktik əsərlər ayrı-ayrılıqda nəzərdən keçirilir. Üçüncü fəsildə Şumer-Azərbaycan ədəbi əlaqələri araşdırılır. Bu sırada qəhrəmanlıq eposları arasında oxşarlıq, mifologiyalarda əlaqələr, folklor nümunələrində bənzərliklər, mərasim nəğmələri və mövsümlə bağlı inamlar arasında yaxınlıq, laylalar, ovsunlar və sınamalarda, bundan əlavə atalar sözləri və məsəllərdə, eləcə də saylarla bağlı inamlar arasında oxşarlıqlar nəzərdən keçirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31