azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar

12-03-2025

Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar


Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Kiyevdə səfərdə olacaq 25 türkiyəli sahibkardan ibarət nümayəndə heyətinə rəhbərlik edəcəklər.

Səfər proqramı çərçivəsində Türkiyə nazirlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də nəzərdə tutulub.

Əsas müzakirə mövzusu Ukraynanın müharibədən sonrakı bərpasına töhfədir.

Türkiyə nümayəndə heyəti Ukrayna Nazirlər Kabinetinin üzvləri, o cümlədən həmin ölkədə çalışan türkiyəli sahibkarlarla da danışıqlar aparacaq.

Türkiyə mətbuatı xəbər verir ki, türk inşaat şirkətləri son illərdə Ukraynada enerji, mənzil və körpü tikintisi sektorları da daxil olmaqla 1,2 milyard dollar dəyərində 100-ə qədər müxtəlif layihə həyata keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31