azturkxeber.az
http://azturkxeber.az

Ötən il Fransada 60 mindən çox sahibkar işini itirib

12-03-2025

Ötən il Fransada 60 mindən çox sahibkar işini itirib


Ötən il Fransada işsiz sahibkarların sayı 60 min 852 olub ki, bu da bir il ərzində 18 faiz artım deməkdir. Bu, 2015-ci ildən bəri aparılan statistikada qeydə alınan ilk antirekorddur.

Fransa Sahibkarların Məşğulluq Observatoriyasının (l’Observatoire de l’emploi des entrepreneurs) yaydığı məlumatda tikinti və nəqliyyat-logistika sektorundakı sahibkarların daha çox iqtisadi gərginliyin təsirinə məruz qaldığı vurğulanıb.

İqtisadi gərginlik təsirinə məruz qalan sahibkarların təxminən üçdəbiri 10 ildən çox yaşı olan müəssisələrdir. Ancaq araşdırmalar 10 ildən çox yaşı olan müəssisələrin də “immunitet”ə malik olmadığını göstərib.

Sahibkarların Məşğulluq Observatoriyası bildirir ki, iş yerlərinin itirilməsinin təxminən dörddəbiri İle-de-Frans bölgəsində cəmləşib və 14 min 227 sahibkar işsiz olub ki, bu da 25,2 faiz artım deməkdir.

GSC assosiasiyasının prezidenti Herve Kermarrek mətbuata açıqlamasında bildirib ki, bu vəziyyət xüsusilə gərgin iqtisadi kontekstdə baş verir. İnflyasiyaya nəzarət olunsa da, zəif artım biznesləri zəiflədir. Tez-tez gəlir çətinlikləri ilə üzləşən sahibkarlar fəaliyyətlərini davam etdirmək üçün mübarizə aparırlar.

Öz növbəsində, “Altares” tədqiqatlarının direktoru Tyeri Millon da mətbuat açıqlamasında aylardır rekord vuran şirkət uğursuzluqlarından danışıb: “Birbaşa və ya restrukturizasiyadan sonrakı ləğvetmələr üstünlük təşkil edir ki, bu da 2024-cü ildə 60 mindən çox, 2025-ci ildə isə daha çox sahibkarın işinin ləğv olunacağından xəbər verir”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31