azturkxeber.az
http://azturkxeber.az

Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib

12-03-2025

 

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Martın 12-də 118 №-li tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb. 

Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək hər kəsi qarşıdan gələn xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təbrik edib. O, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. A.Əliyev qeyd edib ki, Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırıb. RİH başçısı əminliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır.

Sakinləri dinləyən RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31