azturkxeber.az
http://azturkxeber.az

Sofiyada vətəndaşlar etiraz aksiyası keçiriblər

12-03-2025

Sofiyada vətəndaşlar etiraz aksiyası keçiriblər


Sofiyada vətəndaşlar Nazirlər Şurası, Prezident Administrasiyasının binası və Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə Bolqarıstanın BTA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, nümayişdə ictimai xadimlər və müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Onlar ötən ilin oktyabrında keçirilən ümumi seçkilərdə yol verilən qanun pozuntularından narazı olduqlarını qeyd ediblər.

Mitinqin təşkilatçıları tələbləri yerinə yetirilənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31