azturkxeber.az
http://azturkxeber.az

Maliyyə Nazirliyində Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri ilə görüş keçirilib

12-03-2025

 

Martın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla  Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu və ölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirilə biləcəyini diqqətə çatdırıb. 
S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.
Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31