azturkxeber.az
http://azturkxeber.az

Kir Starmer ABŞ və Ukrayna arasındakı atəşkəs planını alqışlayıb

12-03-2025

Kir Starmer ABŞ və Ukrayna arasındakı atəşkəs planını alqışlayıb


Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya-Ukrayna arasında ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs planının razılaşdırılmasını sülh üçün əhəmiyyətli irəliləyiş adlandırıb.

Starmer münaqişənin gedişatını müəyyən edəcək növbəti addımı Moskvanın atmalı olduğunu deyib:

“Bu, Ukrayna üçün sülh yolunda mühüm bir andır və indi biz hamımız sabit və davamlı sülhə mümkün qədər tez nail olmaq üçün səylərimizi ikiqat artırmalıyıq”, - deyə o, bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya hərbi yardımın dayandırılmasına dair əvvəlki qərarını ləğv etdiyini və Kiyev ilə kəşfiyyat məlumatlarının paylaşılmasının dərhal bərpa ediləcəyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31