azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan universitetləri 5 fənn sahəsi üzrə QS reytinqində

12-03-2025

Azərbaycan universitetləri 5 fənn sahəsi üzrə QS reytinqində


“Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindənbildirilib ki, Azərbaycan universitetləri ümumilikdə 5 fənn sahəsində təmsil olunub və irəliləyib.

Bakı Dövlət Universiteti neft-qaz mühəndisliyi ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə riyaziyyat ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat və ekonometrika və sosial elmlər və idarəetmə ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31