azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan İspaniyanın texnoloji həllərində və texnologiya transferində maraqlıdır

12-03-2025

IMG


Azərbaycan İspaniyanın texnoloji həllərində və ölkəyə texnologiya transferində maraqlıdır.

Azturkxeber.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr AZPROMO ilə İspaniya Ticarət Palatası və İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası (CEOE) arasında keçirilmiş görüşdə aparılıb.

Agentliyin icraçı direktoru Yusif Abdullayev ötən il Agentliyin İspaniyaya etdiyi işgüzar səfərlərdən, imzalanan sənədlərdən danışıb, keçirilən biznes forumun sözügedən təşəbbüslərin məntiqi nəticəsi olduğunu qeyd edib. Bildirilib ki, ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Azərbaycanın strateji mövqeyi və tranzit imkanları İspaniya şirkətlərinə geniş perspektivlər açır. Bu müstəvidə yerli sənayenin İspaniyanın texnoloji həllərində və ölkəyə texnologiya transferində maraqlı olduğu vurğulanıb.

CEOE-nun Beynəlxalq Əlaqələr Komitəsinin prezidenti Marta Blanko iki ölkənin işgüzar dairələri arasında təmasların artmasında AZPROMO-nun fəaliyyətini yüksək qiymətləndirib. O, ticarət, xüsusilə, ölkəmizdən İspaniyaya ixracın genişləndirilməsi üçün Azərbaycan ixracatçılarının ölkəsində keçirilən sərgilərdə iştirakının təmin olunması ilə bağlı fikirlərini bölüşüb.

İspaniya Ticarət Palatasının baş icraçı direktoru İnmaqulada Riyera ölkəmizlə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı imkanları haqqında danışıb, bu sahədə İspaniyanın qabaqcıl təcrübələrindən Azərbaycan təsərrüfatlarının faydalana biləcəyi diqqətə çatdırılıb.

Görüşdə hər iki ölkənin investisiya və ticarət imkanların barədə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31