azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

11-03-2025

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 17-də saat 09:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 2874244) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31