azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

13-04-2026

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 17-də saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azturkxeber.az-a verlən məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinləri Zəngilan DAİM-ə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930